Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video

Polisə qarşı etiraz dalğası ABŞ-dan Meksikaya sıçrayıb. Latın Amerikası ölkəsində insanlar küçələrə axışır, asayiş keşikçiləri ilə ciddi qarşıdurmalar yaşanır.

Bizimyol.info xəbər verir ki, Meksikada polis əməkdaşının inşaat işçisi Covanni Lopesi maska taxmadığına görə öldürməsi ölkəni silkələyib. Etirazçılar küçədə polislərə hücum edir, onların xidməti avtomobillərini yandırır. Bu gün hətta asayiş keşikçilərinmdən birini oda veriblər.

“Twitter”də paylaşılan videolarda baş verənləri aydın görmək olur. Motosikletinə minməyə çalışan polis əməkdaşının arxadan üzərinə benzin tökərək od vururlar. Bundan sonra həmkarları onu söndürməyə çalışır. Xəstəxanaya çatdırılan polis əməkdaşının vəziyyəti ağırdır.

ABŞ-da etirazlar polis əməkdaşının qaradərili Corc Floydu öldürməsindən sonra başlamışdı. Hadisədən qəzəblənən insanlar iaşə obyektlərinə zərər vurur, asayiş keşikçilərinə xəsarət yetirməkdən çəkinmirlər. Ölkədə silah satışı 4 dəfə artıb.

Son xəbərlər
Bütün xəbərlər »