Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankaradan Bakıya çarter reysi ilə 144 Azərbaycan vətəndaşı gətirilib

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »