Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"

"Bütün futbolçular kimi Donald Gerye ilə də danışıq oldu".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azəbaycan Radiosu və İdman TV-nin ortaq yayımında efirə gedən "Extra Time" verilişində qonaq olarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, haitili müdafiəçidən istədikləri cavabı ala bilmədikləri üçün onunla yolları ayırıblar: "Pis futbolçu deyil. Baş məşqçi olaraq, onun qalmasının tərfdarı idim. Amma özü bizimlə məşq etmək istəmədi. Buna görə Geryenin "Neftçi"də qalmasını istəmədim".

Məmmədovun sözlərinə görə, "Neftçi"də heç kim komandadan üstün ola bilməz: "Əvəzolunmaz futbolçu yoxdur. Gerye gedib, əvəzində digər futbolçular var. İnanıram ki, onlar bu işin öhdəsindən layiqincə gələcəklər".

Qeyd edək ki, cari mövsümün əvvəlində azad agent kimi "Neftçi"yə keçən Gerye "ağ-qaralar"la 1+1 illik müqavilə imzalamışdı. O, 2017-2019-cu illərdə isə "Qarabağ"ın formasını geyinib.

Son xəbərlər
Bütün xəbərlər »