Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdə 18 yaşlı oğlan batıb

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Hazırkı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Röyal Rafiq oğlu Mirağazadə çayda çimərkən batıb. R.Miağazadə ilə birlikdə çayda çimən bir neçə həmyaşıdı onu çıxarmaq istəsələr də çayın axınının nisbətən sürətli olan hissəsində çimdikləri üçün gəncin həyatını xilas edə bilməyiblər.

Onun axtarışları yerli sakinlər tərəfindən davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »