Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha heç nə su qiymətinə deyil, çünki su özü benzin qiymətinə satılır

Bir neçə gün öncə Bizimyol.info redaksiyasına Ucar rayonunun Şahlıq kəndinin camaatından şikayət daxil oldu.

Kənd əhalisi yay günündə bir həftə susuzu qalmaqdan kəndin arxına su verilməməsindən şikayətçi idi. Şikayətlə bağlı Meliorasiya və Su Təsərrüfatı İdarəsinə, idarənin qaynar xəttinə müraciət etsəm də, bir cavab almadım. Baxarıq deyib keçdilər. Onlar baxana qədər o kənddə insanlar özləri içməyə su tapsalar da, heyvanları, əkin-biçinləri susuzluqdan yanacaq. Elə bu səbəbdəndir ki, kənd camaatı su dərdindən köçüb gedir, doğma yurdları boşalır. Ölkədə su qıtlığı məsələsi artıq böyük problem həddinə çatmaqdadır.

Azərbaycanın su ehtiyatları regiondakı su ehtiyatının cəmi 15 faizini təşkil edir.

Son illər iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək. beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir respublikanın quraq əraziləri ümumi ərazinin 60 faizini təşkil edir. Bu ərazilər əsasən Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl kimi ərazilərdir.

Azərbaycanın su ehtiyatlarından istifadə məsələsi yenidən hesablanmalı və müəyyənləşdirilməlidir: “Əhaliyə görə sudan istifadə, onun paylanması gündəmdə olan məsələlərdir. Amma bu hesablamalar mövcud su ehtiyatını artıra bilməz. Azərbaycanda adambaşına düşən su ehtiyatı Gürcüstandan 7,7 dəfə, Ermənistandan isə 2,2 dəfə azdır. Adambaşına düşən su ehtiyatı Rusiyaya nisbətən iki dəfə aşağıdır. Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.

Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

Millət vəkili Sabir Rüstəmxanlı da həyəcan təbili çalıb. Kür çayında suyun səviyyəsi o qədər azalıb ki, artıq Xəzərin duzlu suları çayın sularına qarışıb.

“Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

Buna səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır.

Üstəlik oliqarxların rayon yerlərindəki böyük əkin sahələrinin olması və əlaqələrindən istifadə edərək su arxlarını öz əkinlərinə cəlb edərək kəndləri susuz qoyması faktları da mövcuddur. Dövlət bu problemləri bilir , malkin hələlik ortada nə həll yolunu deyən var, nə də görülən tədbir. İçməli suyun bir litrinin qiyməti benzindən bahadırsa gələcəyin su müharibələri üzərində olacağını demək xəayli görünmür. Bəs çıxış yolu? Bu suala artıq əlaqədar qurumlar cavab verməlidirlər.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »