Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın kubokunda 6-cı əvəzetməyə icazə verildi

Azərbaycan Premyer Liqasının oyunlarında 5 əvəzetmə qaydası təsdiqlənib.

"Report"un məlumatına görə, bu barədə PFL-in çempionatın və ölkə kubokunun oyunları ilə bağlı təlimatında məlumat verilib.

Futbolda oyun qaydalarını müəyyən edən IFAB ali qurum FİFA-dan gələn təklifi dəyərləndirərək oyunçu dəyişiklikləri qaydalarında düzəliş edib. AFFA İcraiyyə Komitəsinin son iclasında 2019/2020-ci illər mövsümünün qarşıdakı oyunlarında 5 əvəzetməyə icazə verilib.

Hər komandaya matç ərzində maksimum 5 oyunçu dəyişikliyi edə biləcək. Oyunun gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək.

Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu, 3 dəfə nəzərdə tutulan limitə daxil deyil).

Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq.

İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (“extra-time”) daşınacaq.

Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət əlavə vaxt), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).

Komandaların əlavə hissələr başlamadan əvvəl və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1).

Azərbaycan Kubokunun yarımfinal və final oyunu əlavə vaxta gedərsə, klublar əlavə vaxtda sayca 6-cı dəyişikliklərini həyata keçirə bilərlər. Əsas vaxtda istifadə olunmamış əvəzləmələr əlavə vaxtda daşınır.

Son xəbərlər
Bütün xəbərlər »