Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olundu

Azərbaycan Premyer Liqasının oyunlarında bəzi qadağalar tətbiq olunacaq.

"Report"un məlumatına görə, bu barədə PFL-in çempionat və kubok oyunları ilə bağlı təlimatında bildirilib.

Belə ki, oyunun startından əvvəl salamlaşmaq, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunub.

Bundan başqa, fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunub (ciddi zərurət olmadığı təqdirdə). Komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Oyunçulara qol sevincini fərdi qeyd etmək tövsiyə olunub. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Matçdan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunub.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »