Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balaca Leylanın atası qızının müalicəsi üçün kömək istəyir

8 yaşlı Leylan Cahangirova aplastik anemiyadan əziyyət çəkir.İlik nəqli edilməli olan qızcığazın müalicəsi ailəsi üçün çətindir. Onlar xalqdan dəstək almaq istəyirlər.

Leylanın atası Rəsul Cahangirov Bizimyol.info-ya bildirib ki, ailənin tək övladı olan Leylanın müalicə ilə sağalması imkansızdır. İlik köçürülmə əməliyyatı bu bəlanın tək çarəsidir ki, bunun üçün də ailəyə 90 000 manat lazımdır.

“2 həftə müalicə üçün 1200 manat sərf olunur. Biz sentyabr ayından onun xəstə olduğunu bilmişik. Əvvəlcə qan laxtalanması olduğunu düşündülər. Sonra Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda ilik zəifliyinin olduğu müəyyən oldu. Türkiyədən gələn həkimlərə göstərdik, İrana da apardıq. Dedilər bəlkə öz –özünə sağalar. Az da olsa belə ehtimal var idi. Lakin 6 ay müalicədən sonra dedilər ki, sağalası deyil. Türkiyədə donorlar da var. Sadəcə imkanımız yoxdur. Bizə kömək etmələrini xahiş edirəm. Balamı bu xəstəliklə itirmək istəmirəm. Öz imkanlarımızı, bütün gücümüzü malicəsinə sərf etdik. Ümid edirəm, xalqımız bu çətin günümüzdə bizə dətək olar”,- deyə Rəsul Cahangirov bildirib.

Leylana kömək etmək istəyən vətəndaşlar üçün onun bank hesabının nömrəsini və atasının əlaqə telefonunu təqdim edirik.

Kapital bank -4169741 462 399 575

070 449 0159

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »