Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hökumət məsuliyyət daşımalıdır" - Ekspertlərdən son tədbirlərə sərt reaksiya

Həftə sonu qadağaları özünü necə göstərəcək, bunu hələ demək çətindir. Ona görə çətindir ki, hətta Operativ Qərargah belə verdiyi qərarların son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir. Səhiyyə baxımından nələrin baş verəcəyini kimsə deyə bilməz, amma iqtisadi problemləri görmək çətin deyil. Bu aralar fəaliyyətə başlayan ticarət məntəqləri arendanı verə bilməməkdən şikayətçidirlər.

“Bir tanıdığım kafe sahibi deyir ki, müəllim, 2 ay işləmədik - icarə problemi, işçilərin maaş problemi belimizdə yük oldu. Sonra saat 6 ya qədər icazə verdilər, alver bir az tərpəndi, sonra saat 10-a qədər icazə verdilər, müştərilər az da olsa gəlməyə başladı. Biz də şənbə-bazara göz tikib əlavə bazarlıq etmişdik, 1-2 əlavə işçi götürmüşdük - indi biz nə edək?! Aldığımlz mallar xarab olur, qapımıza qıfıl asacağıq, yaxşı bəs bunun bədəlini kim ödəyəcək?!”

Bizimyol.info xəbər verir ki, bu şikayəti iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

Məsuliyyətli hökumət qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdı! Yaxşı, vergini gecikdirən kimi gəlirlər, cərimə yazanda düşünmədın yazırlar, mənı öz qərarları ilə bağla deyirlər - bəs mənim zərərimi kim ödəyəcək?!

Haqlı suallardır, bütün ölkələr iki yardım paketi qəbul etdilər -

1) Əhaliyə və biznesə yardım paketi,

2) İqtisadiyyatın çarxlarını yenidın işə salmaq üçün biznesə yardım paketi.

Bizimkilər 1-cini üzlərinə-gözlərinə bulaşdırıb normal icra edə bilmədilər, 2-ci isə zatən yoxdur, heç bu haqda düşünmürlər də. Çünki iqtisadiyyatın elm olduğunu hələ qavramırlar, elə bilirlər ki, iqtisadiyyatı da zopa ilə, əmrlə idarə etmək olar, başa düşmürlər ki, bu gün baş verənlərin fəsadı aylarla, illərlə çəkə bilər.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, hazırki durumda xalqın özünün seçib gerçəkdən etimad göstərdiyi, nüfuzlu və səlahiyyətli yerli özünüidarənin yoxluğu özünü göstərir.

Rövşən Ağayev Rövşən Ağayev

Hökumət şikayət edir ki, karantin tədbirləri yumşaldılan kimi virusa yoluxanların sayını sürətlə artmasının səbəbi maskadan istifadə edilməməsi və sosial məsafəni qorunmamasıdır.

Hökumət bu şikayəti kimə edir - qərar verən özləri deyilmi?

Karantin yumşadılan kimi (mayın 4-ü) maska və sosial məsafə üçün cərimənin tətbiqini niyə 1 ay gözlədiniz ki?..

Yenə də bir müddət əvvəl dediyim fikirdə qalıram: xalqın özünün seçib gerçəkdən etimad göstərdiyi, nüfuzlu və səlahiyyətli yerli özünüidarənin yoxluğu özünü göstərir. Türkiyə nümunəsindəki kimi bu qurumlar evdə qalan insanlara sosial yardımlar, sosial xidmətlər göstərməklə, pulsuz maskalar paylamaqla, xeyriyyə marafonları və ianələrlə ərzaq mağazalarına, kommunal müəssislərə borclarını ödəməklə onların daha uzun müddətə evdə dözməsinə şərait yaradardı.

İnsanların arasında virusa qarşı belə etinasız münasibət bir tərəfdən də hökumətin etimad böhranı içərisində olduğunu göstərir. İnsanlar məmurların, hakimiyyətin təyin elədiyi deputatların çağrışlarına öz inamsızılığı ilə cavab verirlər.

Siyasi və ictimai təşkilatlanma imkanı tamamilə məhdudlaşdırılmış cəmiyyət üçün xarakterik vəziyyətdir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »