Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin 15 vilayətində həftə sonu küçəyə çıxma qadağası ləğv olunub

Türkiyənin 15 vilayətində bu həftə sonu küçəyə çıxma qadağası ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

“Yeganə məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və vətəndaşlarımızı qorumaq olan bu qərarın fərqli sosial-iqtisadi nəticələrə səbəb olacağı anlaşıldı. Prezident olaraq 15 vilayətimizdə həftə sonu küçəyə çıxmaq qadağasını ləğv etmək haqda qərar qəbul etdim. Vətəndaşlarımızdan rica edirəm ki, tibbi maska taxsınlar, sosial məsafəni gözləsinlər və gigiyenik qaydalara əməl etsinlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »