Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində xuliqanlıq edən silahı şəxs tutulub

Bakıda silahdan havaya atəş açan şəxs tutulub.

Bizimyol.info xəbər verir ki, DİN-in  mətbuat xidmətindən verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »