Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qənirə Paşayeva: “Dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır”

“Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı hesabatda əks olunmur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır: “Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır? Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik. Şəkərli diabet, hemofiliya ilə bağlı dövlət proqramlarının icrası başa çatsa da, qarşıya qoyulan məsələlər öz həllini tapmayıb”.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »