Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts haqqında deyilənlərə cavab verdi: “Bu heç də gülməli deyil”

“Maykrasoft” şirkətinin təsisçisi Bill Qeyts son zamanlar yaşanan qlobal böhranda adının hallanması və planet əhalisinin çipləmək istəməsi barədə yayılan söhbətlərə cavab verib. Qeyd edək ki, səhiyyə böhranının səngiməməsi ilə əlaqədar müxtəlif konspiroloji nəzəriyyələr yayan ekspertlər bütün bu hadisələrin yaradıcısının əslində Bill Qeyts olduğunu iddia edirlər. İnsanlara vurulacaq vaksinlərin isə mikroçiplər olacağını, bununla da yeni “quldarlıq” dövrünün başlanacağına işarə edirlər.

Zignal Labs şirkətinin araşdırmasına görə, təkcə bu ilin fevral- aprel aylarında Bill Qeytsin məxfi qara plan nəzəriyyəsi barədə 1,2 milyon dəfə məqalələr dərc edilib.

May ayının sonunda Yahoo News и YouGov-un keçirdiyi sorğuda hər 3 amerikalıdan biri bu nəzəriyyəyə inandığını bildirib.

Bill Qeyts və Melinda Qeyts fondları vaksinin hazırlanmasına 300 milyon dollar vəsait ayrıblar. Lakin bu xeyriyyəçi addım belə insanlar tərəfindən əks mənada qiymətləndirilib və Bill Qeytsin çiplənmədə maraqlı olduğu üçün buna getdiyi israrla qeyd olunur.

Milyarder BBC-yə verdiyi müsahibədə söyləyib ki, bütün bu ağlasığmaz və dəlicəsinə ideyaların səsləndirilməsi onu narahat edir.

“Bəzən bu səslənən fikirlər o qədər qəribə gəlir ki, onlara yumor kimi yanaşmaq istəyirəm, lakin bu heç də gülməli deyil. Mən mikroçiplərlə məşğul olmamışam. Bunu təkzib etmək çətindir, çünki səfeh və qəribə nəzəriyyədir. Bu söz- söhbətlər və elm əleyhinə olan söhbətlər insanlar arasında düşmənçilik yaradacaq. Rəqəmsal texnologiyaların bu kimi dəliliklərə istifadə edilməsi narahatedicidir. Vaksin əldə olunan kimi biz kütləvi davamlılığın yaranmasına nail olacağəq. Amma bunu fırıldaqçılıq hesab etsələr, vaksini istəməsələr, böhran davam edəcək. Vaksin ik növbədə zəif səhiyyə sistemi olan ölkələrdə istifadə olunmalıdır”,- deyə o bildirib.

Bill Qeytsin fondu Qlobal İmmunizasiya Alyansına (GAVI) daha 1,6 milyard dollar ödəyib. Bu vəsait aşağı gəlirli ölkədə uşaqların vaksinləşdirilməsi üçündür.

Bill Geytsin sözlərinə görə, dünya təhülkəsiz vaksinlər hazırlamaq üçün birlikdə fəaliyyət göstərməlidir. "Biz ehtiyacı olan hər kəsi təmin etməliyik”,- deyə filontrop milyarder qeyd edib.

Lakin elə bu çıxışın özü konspiroloji nəzəriyyə tərəfdarları üçün yeni iddiaların əsasını qoyub.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »