Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Corc Floydun qızı: Atam dünyanı dəyişdirdi - Video

Bizimyol.info-nun məlumatına görə, Corc Floydun xanımı Roksana Vaşinqton media qarşısına çıxaraq, göz yaşlarını saxlaya bilməyib.

Mən qızım üçün burdayam və Floyd üçün ədalət tələb edirəm. Axşam hər kəs öz evinə gedəcək. Amma Floyd Ciannanın necə böyüyəcəyini, məktəbi bitirdiyini görməyəcək. O qızını çox sevirdi. Corc işləmək üçün Hyustondan Minneopolisə gəlmişdi, lakin məsafələrə baxmayaraq, ailəsinin qayğısına qalırdı. Yaxşı insan idi. Mən Floydun ölümündə günahkar olan 4 polis işçisinin məsuliyyətə cəlb olunmasını tələb edirəm. Mən Corcun adından danışıram və ədalət tələb edirəm”.

Balaca Cianna isə atasının bütün dünyanı dəyişdirdiyini söyləyib.

Xatırladaq ki, 25 May 2020-ci il tarixində Minneapolisdə xidmət edən ağ dərili polis işçisi Derek Chauvinin qandallı şəkildə yerə uzanan Afroamerikan Corc Floydun boyun nahiyəsinə ən azı 7 dəqiqə dizi ilə sıxaraq öldürməsi hadisəsidir.

Minnesotada yerləşən Minneapolis şəhərinin cənub məhəlləsində baş verən hadisəni, hadisə şahidləri öz mobil telefonları vasitəsilə videoya çəkdilər. George Floydun dəfələrlə "Nəfəs ala bilmirəm" dediyini göstərən video sosial mediya platformalarında paylaşıldı. Hadisəyə müdaxilə edən 4 polis məmuru işdən çıxardıldı.

Floydun ölümü bütün Birləşmiş Ştatlar boyu iğtişaşlar başladı. Əvəlcə dinc protest aksiyaları keçirilsə də sonralar hadisələr macrasını aşaraq vandalizm və soyğunçuluq həddinə çatdı.

Bu, ABŞ-da son onillərdə baş verən ən genişmiqyaslı vətəndaş qarşıdurmasıdır.

The Associated Press son səkkiz gün ərzində ölkə boyu 9,000-dən çox insanın həbs olunduğunu bildirir.

Çərşənbə günü ittihamlar irəli sürülmədən öncə Floydun ailəsinin vəkili Ben Kramp deyib:

“Biz ədalət tələb edirik. Biz Minneapolisdə xatirə abidəsi ucaltmadan öncə polis zabitlərinin hər birinin həbs olunmasını gözləyirik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »