Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis 2 tondan artıq çətənə kolunu məhv edib

Balakəndə yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər
Bütün xəbərlər »