Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinə görə Bakıda mağazalara "alıcı hücum"u başladı - Foto

Azərbaycanda həftə sonu karantin tətbiqi ilə əlaqədar olaraq insanlar qeyri- adi şəkildə ərzaq ehtiyatı toplamağa başlayıblar.

Yəqin ki, bir çoxları iki günlük evdən çıxma yasağını yanlış anlamış olmalıdır ki, market və mağazalarda kassaların önündə uzun uzadı növbələr yaranıb. Sosial şəbəkədə jurnalist Mir Səməd girdiyi bir mağazadan boş qalmış çörək rəfinin şəklini paylaşıb. İnsanların karantin qaydaları kimi ərzaq ehtiyatı almağı da yalnış anlaması təəccüb doğurur.

Söz yox ki, mağazaların iki gün işləməməsi xırda tələbatlar yaradacaq. Xüsusilə körpə uşaqlı ailələr üçün müəyyən çətinliklər ola bilər.

Magaza - Boş vitrin

Amma 2 gün əbədi davam etməyəcəyinə görə bu qədər təlaşa da ehtiyac yoxdur. Çünki uzun növbələrdə yoluxmaq da mümkünüdür.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »