Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Tehranla sazişlər mümkündür”

İranda amerikalı Maykl Uaytın həbsdən azad olunması göstərdi ki, rəsmi Tehranla saziş mümkündür.

“Report” xəbər verir ki, bu barədə özünün “Twitter”dəki səhifəsində İran tərəfinə Uaytı azad etmək qərarı ilə bağlı təşəkkürünü ifadə edən ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"Mən İranda həbsdən azad olunduqdan sonra Sürixə gəlmiş Maykl Uaytla indicə telefonla danışdım. O, tezliklə Amerika təyyarəsində evə - ABŞ-a qayıdacaq”, - Tramp qeyd edib.

“Mən prezident olduqdan sonra biz 40-dan çox Amerika girovunu və saxlanılan digər şəxsləri ABŞ-a qaytardıq. İrana təşəkkür. Bu göstərir ki, saziş mümkündür". – ABŞ rəhbəri əlavə edib.

Uayt İranda 2018-ci ilin yayında saxlanılıb. ABŞ KİV-nin iddiasına görə, o, bu ölkəyə qadın tanışına görə gedib. ISNA agentliyi isə bildirib ki, amerikalıya İranın milli təhlükəsizliyini təhdid edən ittihamlar irəli sürülüb.

O, azadlıqdan 13 il müddətinə həbs cəzasına məhkum olunub. Martda "Associated Press" agentliyi bildirib ki, Uayt müvəqqəti tibbi müayinədən keçməsi üçün İranda həbsxanadan azad edilib.

İyunun 3-də “Fars” agentliyi iranlı alim Sirus Əsgərinin ölkəsinə qayıdışı barədə xəbər yayıb. İran tədqiqatçısı daha əvvəl ABŞ-da saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »