Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada son sutkada koronavirusdan 30 nəfər ölüb

Almaniyada son sutkada yeni növ koronavirusdan 30 nəfər ölüb, 475 yoluxub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Robert Koç institutu məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yeni virusa yoluxanların ümumi sayı 183271 nəfər, ölənlərin sayı isə 8613 nəfərə yüksəlib. Sağalanların sayının 168500-dən çox olduğu bildirilib.

Ən çox infeksiyaya yoluxma Bavariya (47268), Şimali Reyn-Vestfaliya (38439) və Baden-Vürttemberq (34870) bölgələrində qeydə alınıb.

Paytaxt Berlində isə 6946 nəfərdə koronavirus aşkarlanıb.

Son xəbərlər
Bütün xəbərlər »