Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın baş maliyyəçisi istefa verdi

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri David Ananyan istefa verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, o, istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim edib.

“Mediada yayılan şayiələrə son qoymaq üçün bildirmək istəyirəm ki, işdən azad olunmaq barədə ərizəmi təqdim etdim”, - deyə “Sputnik Armeniya” Ananyanın sosial şəbəkə hesabında yazdıqlarından sitat gətirib.

Qeyd edək ki, David Ananyan DGK-nın rəhbəri vəzifəsinə 18 may 2018-ci ildə təyin edilib. O, keçmiş baş nazir Karen Karapetyanın biznesdən gətirdiyi mütəxəssislərdən biridir.

Yerli KİV qeyd edir ki, Ananyanın Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri vəzifəsindən istefası çoxları üçün sürpriz olub. Maraqlıdır ki, hər şey haqqında dərhal açıqlama verməkdən çəkinməyən baş nazir Nikol Paşinyan bu istefaya hələ münasibət bildirməyib.

Yerli media isə Ananyanın qərarını respublikadakı son siqaret qaçaqmalçılığı ilə əlaqələndirir. Aprelin sonlarında Federal Təhlükəsizlik Xidməti gömrük və sərhəd xidmətləri ilə birlikdə, Krasnodarda Ermənistan Fövqəladə Hallar Nazirliyinin 40 ton siqareti tranzit olaraq daşıdığı bildirilən hava gəmisini saxlamışdı. Sonra mediada Voronejdə böyük partiya erməni siqaretinin tutulması barədə məlumat yayıldı. Paşinyanın siyasi opponentləri iddia edirlər ki, Ermənistan hökuməti başçısının ətrafında olan bəzi şəxslər “istehlak malları” adı altında siqaret qaçaqmalçılığında iştirak ediblər.

Son xəbərlər
Bütün xəbərlər »