Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya Kubokunda final matçının vaxtı açıqlanıb

İtaliya Kubokunun yarımfinal və final matçlarının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliyanın idman naziri Vinçentso Spadafora koronavirus pandemiyası səbəbindən təxirə salınan kubokun yarımfinal mərhələsinin iyunun 12-də bərpa olunacağını açıqlayıb.

Həmin gün "Yuventus"la "Milan" birincilərin meydanında üz-üzə gələcək. Ertəsi gün "Napoli" ilə "İnter" Neapolda qarşılaşacaq. Final görüşü isə iyunun 17-də reallaşacaq.

"Mövsümü İtaliya Kuboku ilə bərpa edəcəyik. Oyunlar televiziya vasitəsilə canlı yayımlanacaq", - deyə Spadafora ümidli danışıb.

Qeyd edək ki, ilk oyunlarda "Napoli" "İnter"i səfərdə 1:0 hesabı ilə məğlub edib, "Milan"la "Yuventus" Milanda qollu bərabərə (1:1) qalıb. İtaliya A seriyasında isə mövsüm iyunun 20-də bərpa olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »