Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“100 il öncə Ermənistana edilmiş ərazi güzəştləri bu gün Azərbaycan üçün böyük bəlalara gətirib çıxarıb” - Ramil Həsən

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimində nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi siyasət, islahatlar, Azərbaycan Demokratik Respublikasının fəaliyyəti, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və bir çox məsələləri şərh edərək bizə yol xəritəsi istiqamətli mövqeyini ortaya qoymuşdu”.

Bunu Bizimyol.info-ya açıqlamasında Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimində nitqini şərh edərkən Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat qeyd edib ki, münaqişənin həlli məsələsində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük, beynəlxalq dəstək kimi faktorların Azərbaycanın mövqeyini gücləndirib: “2018-ci ilə qədər Ermənistanda faşist və terrorçuların hakimiyyətdə olması, eyni zamanda, bu hakimiyyətin Qarabağ klanını idarə etməsi və ümumiyyətlə Qarabağdan çıxaraq Ermənistanı idarə edən bir klana çevrilməsi, bu klanın mafioz və terrorçu işlərlə məşğul olması heç kimdə şübhə doğurmamalıdır. Və Cənab Prezident bu barədə fikirlərini açıq və aydın şəkildə ifadə edib.

Ermənistan dövlətinə uzun illər rəhbərlik etmiş Koçaryan və Sarkisyan Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağdandır və bu mafioz qrup Xocalı soyqırımını törədən, Azərbaycan əhalisinin qanı üzərində hakimiyyət quraraq Dağlıq Qarabağı işğal edən faşist qrupun nümayəndələridir. Ermənistan hakimiyyətini, erməni xalqını, Dağlıq Qarabağı işğal edərək faşist fikir və düşüncələrini öz havadarları vasitəsilə təbliğatını həyata keçiriblər. Bunlar bu gün danılmaz faktlarla sübut edilməkdədir”.

Deputat Ramil Həsən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətilə bağlı danışıb: “Bu gün Azərbaycan Respublikası 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cənab Prezident 1918-ci ilin may ayında imzalanmış müqavilə nəticəsində əhalinin əksəriyyətinin azərbaycanlılar olduğu İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəşt edilməsinin tarixi səhv olması ilə bağlı fikrini ifadə edib. Məhz belə güzəştlərin və jestlərin o dövrdə edilməsi Ermənistan dövlətinin əlini və qolunu daha da gücləndirmiş və onlar sonralarda tarixi və əzəli Azərbaycan torpaqlarına iddialarından əl çəkməyərək Zəngəzur, Göyçə və digər tarixi torpaqlarımızın işğalına istiqamət götürüb. Təəsssüf ki 1920-ci illərdə Zəngəzur mahalı da Ermənistana hədiyyə edilmişdi. Cənab Prezidentin vurğuladığı bu faktlar tarixi faktlardır. Əgər o dövrdə Zəngəzur mahalı Ermənistana hədiyyə edilməsəydi, bu gün Naxçıvan blokada şəraitində olmayacaqdı. Aramıza xənçər kimi girən həmin bölgə həmçinin Ermənistanın İranla birbaşa quru sərhədinə malik olmasına şərait yaratamayacaqdı. Xüsusilə vuğulmaq istəyirəm ki, torpaq ərazilərimiz güzəşt edilməsəydi Bakı ilə qardaş Türkiyə arasında birbaşa quru yolla nəqliyyat əlaqəsi mümkün olacaqdır və bizim iri miqyaslı layihələrimizdə başqa ölkələr körpü kimi iştirak etməyəcəkdi. Öz torpaqlarımızdan istifadə edərək birbaşa Türkiyə ərazisinə bağlanıb Avropa bazarına çıxış imkanları əldə edəcəkdik. Baxın, 100 il öncə edilmiş ərazi güzəştləri bu gün Azərbaycan üçün nə qədər böyük bəlalara gətirib çıxarıb. Dağlıq Qarabağ probleminin əsası da məhz o dövrlərə təsadüf edir. Prezidentin ifadə etdiyi hər bir fikirlər tarixi həqiqətlərə söykənir və bu fikirlər Azərbaycan dövlətinin daha da güclənməsi və qüdrətli olması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ciddi, açıq və aydın mesajlar verməkdədir”.

Deputat qeyd edib ki, Ermənistan faşist dövlət olduğu heç kimə sirr deyil: “Qarabağı işğal altında saxlayan Ermənistanın bilvasitə faşist hakimiyyətidir. 1988-ci ildə Dağlıq Qarabağada hadisələrin başlanması və bu hadisələrin erməni şovinizm vasitəsilə genişlənərək, azərbaycanlıların əzəli, əbədi və tarixi torpaqları olan Ermənistandan qovulması, Ermənistan dövlətinin əsas mahiyyətini açıb dünya ictimaiyyətində göstərməkdədir.

Ermənistanın havadarları vasitəsilə Dağlıq Qarabağda “seçki” şousu göstərməklə, eyni zamanda Azərbaycanın həssas nöktələrinə toxunmaqla özünü yenidən şovinist və faşist siyasətini həyata keçirərək, terrorçu mahiyyətini bir daha ortaya qoyub. Ermənilərin Bakıda və digər bölgələrimizdə törətdiyi 31 mart Azərbaycanlıların soyqırım günündə Ermənsitan hakimiyyəti şərəfsizcəsinə və riyakarcasına Dağlıq Qarabağda “seçki” keçirməsi və Qarabağ xanlığının paytaxtı olan Şuşada andiçmə mərasimi şousunu təşkil etməsi Ermənsitan hakimiyyətinin və faşist idarəetməsinin əsil mahiyyətini bir daha açıb ortaya qoymaqdadır”.

Deputat Ramil Həsən bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli məsələsidir: “Özü ilə fəxr edən dövlətlərdə və millətlərdə milli məsələlərdə müxalifət məsələsi olmayıb. Təəssüf ki sapı özümüzdən olan baltalarımız bu məsələdə də dövlət başçısının həyata keçirdiyi qətiyyətli addımları baltalamaqdan, dövlətimizə zərər verməkdən başqa bir addım atmayıb. Dünyanın bir çox ölkələrində oturub müxtəlif riyakar şoular keçirərək Azərbaycanın və Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ məsələsilə bağlı sərt və açıq mövqeyini ortaya qoyması, Ermənistan hakimiyyətinin faşist iç üzünün açılıb ortaya qoyulması, Azərbaycan torpaqlarında yaranmış Ermənistanın həyata keçirdiyi terror siyasətilə bağlı ölkəmizin atmış olduğu addımları təbliğ etmək, dəstəkləmək əvəzinə, dövlətimizin bu addımlarını qaralamaqla məşğul olub.

İşğal olunmuş Dağlıq Qarabağda Ermənistanda keçirilən “seçki” şousunu demokratik şou kimi təqdim edən Avropa Şurası və bəzi təşkilatlar Azərbaycanda həyata keçirilən islahatlar, keçirilən seçkilərlə bağlı ədalətli mövqeyini ortaya qoymurlar. Subyektiv, qərəzli və Azərbaycanın əleyhinə olan mövqeyləri ifadə edirlər.

Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı, həmrəyliyimiz, xarici siyasətdə hücum diplomatiyamız, müdafiə və təhlükəsizlik sistemimizlə bağlı konkret fikirlərini ortaya qoyub. Bizə qalan cənab Prezidentin vermiş olduğu çağırışları izləmək, analiz etmək, nəticə çıxartmaq və üzərimizə düşən vəzifələrə uyğun olaraq addım atmaqdır”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »