Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə vətəndaşlarına virusa görə pul paylamağa başladı

Yaponiya vətəndaşlarına pandemiyaya görə yardıma başlamışdı. Sinqapur da Uzaq Şərq ölkəsinə qoşulub.

Bizimyol.info xəbər verir ki, Asiya dövlətində vətəndaşlara görə pul paylamağa başlayıblar. Hökumət bu tədbir üçün 2.5 milyard dollar ayırıb.

Əslində, Sinqapur hələ apreldə vətəndaşların köməyinə gəlmişdi. Ölkənin maliyyə naziri Hen Svi Kitin sözlərinə görə, iyunun 18-də ikinci yardım kampaniyası başlayacaq. Hər vətəndaş gəlirindən asılıq olaraq 300-600 Sinqapur dolları arası kömək alacaq. Yəni təxminən 215-430 ABŞ dolları arası yardımdan söhbət gedir.

Svi Kit çıxışında müxtəlif kateqoriyalar üzrə başqa kömək olacağını da bildirib. Məsələn, 20 yaşına çatmamış ən azı bir uşağı olan ailələrə əlavə 300, yaşı 50-ni keçmiş vətəndaşlara isə 100 Sinqapur dolları veriləcək.

Bundan başqa, ölkə iqtisadiyyatının dəstəklənməsinə 70.3 milyard dollar ayrılıb.

Son xəbərlər
Bütün xəbərlər »