Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ölkələri razılığa gələ bilmir

İyunun 4-də OPEK+ üzv ölkələrinin növbəti toplantısı baş tutmalıydı. Amma mayın 12-də əldə olunan razılaşmaya əməl etmək istəməyənlər var.

Bizimyol.info xəbər verir ki, neft ölkələri hasilatın azaldılması ilə bağlı ümumi razılığa gələ bilmir. Rusiya mətbuatı ruslarla yanaşı, Səudiyyə Ərəbistanının da razılaşmaya əməl etmək fikrində olduğunu yazır. Amma daha çox üç ölkə - İraq, Nigeriya və Anqola şərtlərdən narazıdır.

Rusiya mətbuatı ümumi razılığın əldə olunmamasında İraqın şıltaqlığını xüsusi qabardır. Müsəlman ölkəsinə hasilatı azaltmaq sərf etmir. Qonşu ölkədə isə İraqı həm də OPEK+ razılaşmasının təşəbbüskarlarından biri olub, sonra əks mövqe göstərməkdə ittiham edirlər.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

Ümumi razılığın olmaması neft qiymətlərinə də təsirsiz ötüşmür. Qiymət artımı dayanıb. Bu gün “Brent”in bareli 40 dollardan aşağı olub. Axşama doğru canlanma hiss olunsa da, qiymətin çox yüksələcəyi gözlənilmir.

Rusiya OPEK+ üzv ölkələrinin iyunun 9-10-da bir araya gələcəyinə ümid edir.

Son xəbərlər
Bütün xəbərlər »