Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə çimərliyə gələnlərdən maska taxmağı tələb edəcəklər

Koronavirus insanların həyat tərzinə yeni qaydalar gətirdi. Daha əvvəlki kimi yaşamaq mümkün deyil.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Muğla şəhərində çimərliyə gələnlərdən maska taxmağı tələb edəcəklər. Yerli valiliyin qərarına görə, qumun üzərində əyləşənlərin bu qaydaya əməl etməsi vacibdir. Maskanı yalnız suya girəndə çıxarmaq olar. Qaydaları pozanları cərimə gözləyir.

Valiliyin toplantısında bir çox məsələlərlə bağlı qərar verilib. Çimərliklərdə hər 4 kvadratmetrdə yalnız bir adam əyləşə bilər. Şezlonqların və çətirlərin arasında azı 1.5 metr məsafə nəzərdə tutulub.

Bundan başqa, kafe, restoran və lokantaların 20.00-a qədər işləməsi qərara alınıb.

Türkiyə dünya ölkələri sırasında virusa yoluxma cədvəlində 10-cu yeri tutur. Qonşu, qardaş ölkədə indiyə qədər 167 mindən çox vətəndaşda infeksiya aşkarlanıb. Ölənlərin sayı 4600-ü keçib.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »