Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Liviya ilə bağlı açıqlama

“Liviya son zamanlar ən çox dəstəyi Türkiyədən alıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş Naziri Faiz Sərracla Ankarada görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Liviyada siyasi razılaşmanı rədd edən, sülhə, istiqrara maneə olan Xəlifə Haftarın özbaşınalıqlarını əngəllənmək üçün regionda və beynəlxalq aləmdə rol oynayan bütün qüvvələrə səslənirik. Liviyanı haqsızların ixtiyarına buraxmayaq”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, F. Sərracla Aralıq dənizində Türkiyə və Liviyanın birgə fəaliyyəti ilə bağlı razılaşmanı imzalayıb: “Bu çərçivədə Aralıq dənizinin şərqində Liviya ilə əməkdaşlığımızı genişləndirəcəyik”.

F. Sərrac Türkiyə Prezidenti ilə ikitərəfli əlaqələrin müzakirə edildiyini bildirib, Türkiyəyə Liviya xalqının yanında olduğuna görə təşəkkür edib. (Apa.az)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »