Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda adına universitet olan dövləti Napoleon niyə işğal etməmişdi

San-Marino Avropanın cırtdan dövlətlərindəndir. Bir vaxtlar adına Bakıda özəl universitet var idi.

Bizimyol.info xəbər verir ki, çox kiçik olmasına baxmayaraq, San-Marino həm də qədim dövlətdir. Əsası 301-ci ildə qoyulub. San-Marinoda ölkəni rahib Marinonun yaratdığını deyirlər. Elə dövlətin adının mənası da “müqəddəs Marino”dur. Rahib dini düşüncələrinə görə doğulduğu ərazilərdən – indiki Xorvatiyadan qaçmışdı, Monte-Titano dağlarında özünə yaşayış yeri tapmışdı. Yeni dövlət yaradan Marino 91 yaşında San-Marinonun 9 kəndindən biri sayılan Borqo-Macoredə həyatla vidalaşıb.

San-Marino tarixi ərzində 4 dəfə işğala məruz qalıb. Maraqlıdır ki, məşhur sərkərdə Napoleon Bonapartın belə şansı olsa da, o, cırtdan dövləti ələ keçirməmək qərarı vermişdi. Səbəbi sadədir: fransız dövlət başçısının yerli siyasətçi Antoni Onofri ilə qohumluq bağları vardı.

San-Marino 1200 ildən çox işğal görməyib. İlk dəfə 1503-cü ildə yadellilər daha güclü çıxıb. Axırıncı dəfə isə burada 1944-cü ildə alman qoşunları görünmüşdü.

San-Marinonun özəlliyi həm də başqa dövlətin sərhədləri daxilində yerləşməsidir. Cırtdan ölkə İtaliyaya sığınıb. Amma elə məhz italyanlardan da çoxlu işğal təhlükəsi gəlib.

Son xəbərlər
Bütün xəbərlər »