Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına başlanıldı.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, “Baku Bus”a məxsus bütün avtobuslarda kondisionerlər işə salınıb: “Hazırda bununla bağlı daşıyıcılara göstəriş verilib: "Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib".

M.Ağayevin sözlərinə görə, artıq bu gündən mərhələli şəkildə avtobuslarda sərinləndirmə sistemləri işə salınır: "Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".

Son xəbərlər
Bütün xəbərlər »