Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Metropolitenində baş verən olayla bağlı həbs edilənlər var - Video

Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılmışlar. Buyurun onların özlərini dinləyək.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq vəəməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların videosunu təqdim edirik.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »