Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın paytaxı əsgərlərlə doludur

ABŞ Prezidenti Donald Trampın bazar ertəsi verdiyi açıqlamalar ölkədə etiraz aksiylarını yenidən alovlandırıb

Redaktor.az xəbər verir ki, Donald Tramp etirazçılara qarşı ABŞ ordusunu hərəkətə gətirəcəyini elan edib. Onun bu açıqlaması prezident kürsüsünə oturduğu 2017-ci ildən bu günə qədər ən təhlükəli siyasi addım hesab edilir.

O, polis tərəfindən öldürülərn qaradərili Corc Floyd üçün keçirilən etiraz aksiyalarını “ölkədaxili terror” kimi qiymətləndirib:

"Son günlərdə xalqımız professional anarxistlər, şiddət tərəfdarı olan vandallar, arsenistlər, soyğunçular, cinayətkarlar, qiyamçılar və başqalarının tərəfinə keçib”.

Ştat qubernatorlarından Milli Qvardiyanın şəhər mərkəzlərindəki küçələrə yerləşdirilməsini xahiş edən Tramp, əks halda ABŞ ordusunu tez bir zamanda ordunun gücü ilə problemi həll edəcəyini açıqlayıb.

Tramp bu açıqlamasından sonra Ağ Evin qarşısındakı parka toplaşaran etirazçılar, “Sən bir təhlükəsən” və “Vurma!” şüarları səsləndiriblər. Bir neçə dəqiqə ərzində polis dinc nümayişçiləri gözyaşardıcı qaz və plastik güllələrlə dağıdıb.

Ağ Evin ətrafına Milli Qvardiya və 82-ci diviziyanın əsgərləri yerləşdirilib. Vaşinqtonun mərkəzi nəzarətə götürülüb.

ABŞ Müdafiə Nazirliyinin səlahiyyətliləri isə qeyd ediblər ki, Trampın qərarları Pentaqonda böyük narahatlıq yaradıb.

Müdafiə naziri Mark Esper bildirib ki, Trampın ordunu küçəyə çıxarmaq fikri ilə açıq şəkildə razı deyil:

“Əsgərlərin küçələrə çıxarılmsı ən son çarə olmalıdır və yalnız təcili, mühüm anlarda həyata keçirilməlidir. Hazırda belə bir vəziyyətdə deyilik. Milli Qvardiya bu vəzifəyə daha çox uyğundur. Bunu təkcə müdafiə naziri olaraq deyil, həm də keçmiş əsgər və Milli Qvardiyaçı olaraq söyləyirəm”.

Pentagon chief Mark Esper lets troops stay near D.C. amid signs ...

Ölkədə Trampa qarşı ən sərt çıxış isə 2018-ci ildə müdafiə nazii vəzifəsindən istefa verən Cim Mattisdən gəlib. O, Trampın ABŞ-ı bölməyə çalışdığını söyləyib:

“Donald Tramp amerika xalqını birləşdirməyə çalışmayan, çalışmağa cəhd edirmiş kimi də görünməyən yeganə prezidentdir”.

Prezident Tramp sabiq nazirin fikirlərinə “Tvitter”-də sərt cavab verib:

“Yəqin ki, Barak Obama ilə tək ortaq nöqtəm, ikimizin də dünyanın ən ekstravaqant generalı Cim Mattisi qovma şərəfinə nail olmağımızdır. İstefa ərizəsini mən istədim və bundan çox məmnun oldum. Ləqəbi heç bəyənmədiyim “Xaos” idi və mən bunu “Quduz köpək” olaraq dəyişdirdim”.

Former Defense Secretary Jim Mattis denounces Trump as a threat to ...

"Associated Press" xəbər agentliyinin əldə etdiyi məlumata görə, paytaxt Vaşinqtonda vəziyyət pisləşdiyi və Milli Qvardiya təhlükəsizliyi təmin edə bilmədiyi halda, ABŞ ordusunun bir bölməsi Ağ Evi və digər federal binaları qorumağı planlaşdırır.

Tramp həqiqətən də ordunu küçələrə çıxara bilərmi? BBC hərbi eksperti Ceyk Hortonun təhlili belədir:

"Artıq ABŞ-ın küçələrində minlərlə Milli Qvardiya əsgərləri var. Bunlar ABŞ ordusunun ehtiyat qüvvələrindən ibarətdir. 213 il əvvəl qəbul edilmiş qanun ABŞ federal hökumətinə müəyyən şərtlərdə yerli hökumətlərin qərarı olmadan ordunu küçələrə çıxarmağa imkan verir".

Son xəbərlər
Bütün xəbərlər »