Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ilə ABŞ uçuşlara dair irəliləyiş əldə edib

Çin ilə ABŞ arasında təyyarə şirkətləri tərəfindən sərnişin daşımalarına dair danışıqlarda irəliləyiş əldə olunub.

“Report” xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.

O deyib ki, ABŞ Nəqliyyat Departamenti Çin hava yollarına iyunun 16-dan ABŞ-a sərnişin daşımaq qadağan olacağını açıqlamışdı: "Bu barədə Çin dərin təəssüf hissini ifadə edir. Bizdə olan məlumata görə, Çin Mülki Aviasiya İdarəsi (CAAC) ABŞ Nəqliyyat Departamentinə ciddi xəbərdarlıq edib. Hazırda CAAC ilə ABŞ Nəqliyyat Departamenti iki ölkə arasındakı sərnişin uçuşları ilə bağlı yaxından təmas saxlayır. İndi hər iki tərəf müəyyən qədər irəliləyişə nail olublar. Çin müvafiq qaydalarda bəzi düzəlişlər edildiyini açıqlayıb. Ümidvarıq ki, ABŞ bu məsələdə çətinliklər yaratmaz”.

Xatırladaq ki, dünən ABŞ Nəqliyyat Departamenti iyunun 16-dan, yaxud Prezident Donald Tramp tərəfindən müvafiq qərar olarsa, daha tez Çin hava yolu şirkətlərinin iki ölkə arasında kommersiya sərnişin daşımalarının dayandırılacağını açıqlamışdı. Bununla yanaşı, Çin tərəfi ABŞ hava yolları üçün daha əlverişli şərait yaratmaq üçün “fəaliyyətinə düzəliş versə”, bu qərarın da dəyişdiriləcəyi diqqətə çatdırıldı.

Çin bu il martın 12-dən xarici ölkələrin hər birindən yalnız bir hava yolu şirkətinin təyyarələrini qəbul etməyə başlayıb. Həmin şirkət həftədə bir dəfə müəyyən bir hava limanına və 75 faizədək yerlərin doldurulması şərtilə uçuşlar həyata keçirə bilərdi. Lakin iyun ayının 8-dən etibarən hər bir xarici hava yolu şirkəti Çinin seçdiyi və hökumət tərəfindən təsdiqlənən bir hava limanına həftədə 1 dəfə uçuşlar həyata keçirmək üçün müraciət edə bilər.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »