Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əhalinin koronavirusla bağlı çağrışlara əməl etməməsi araşdırılmalıdır” - Həkim

Bu gün Baş nazir Əli Əsədovun müraciət edib. O, koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı detalları açıqlayıb.

Operativ Qərargah Azərbaycanda koronavurusa yoluxma hallarının artmasına görə həftəsonu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsini, o cümlədən ərzaq dükanları və aptek daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılmasını təklif edir.

Yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki-üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

Bizimyol.info mövzu ilə bağlı Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevdən müsahibə alıb.

-Nuran bəy, 2 günlük qadağa virusa qarşı mübarizədə təsiri olacaqmı?

-Təbii ki, insanlar arasında sosial məsafənin saxlanılması üçün tətbiq edilən bütün addımlar virusun sürətli yayılmasının qarşısını almağa kömək edə bilər, amma tam ala bilməz. Burada fikir verilməli başqa bir incə məqam ondan ibarətdir ki, bu kimi qadağalar mübarizənin birinci mərhələsinə aid idi, ikinci mərhələdə mübarizə strategiyası tam fərqli olmalıdır. Bu addımın geriyə atılan addım olması hər kəsə aydındır və hazırda atılması da başa düşüləndir. Amma diqqətlə analiz etsək görərik ki, buna da səbəb yenə birinci mərhələyə aid olan vacib məsələlərə - xalqı maarifləndirmək, onda inam yaratmaq və s. bu kimi vacib amillərə daha diqqətlə yanaşılmalı olduğunu görərik. Bundan əlavə isə ən vacib məqam təkcə qadağalarla deyil, eyni zamanda qoyulan tələblərə xalqın əməl etməsidir.

-Koronavirusun yayılmasına təsir göstərən amillər hansılardır? Deyilənə görə, buna səbəblərdən biri nağd pulla alış-verişin olmasıdır.

-Bu gün Azərbaycanda gördüklərimiz dəhşətlidir, xalqın yarıdan çoxu virusun olduğuna inanmır və müəyyən qismi isə həkimə getməkdən qorxur, çünki müəyyən formada inamını itirib.

Nağd pul alış-verilşi ilə bağlı onu deyə bilərəm ki, bunu artıq elm sübut edib ki, virusun müəyyən səthlərdən keçməsi maksimum 10-15% hallarda mümkün ola bilər. Bundan təhlükəli məsələ məsafənin saxlanılmaması və effektli qoruyucu maskalardan istifadə etməməkdir.

-Qonşu ölkələrdə koronavirusa yoluxma halları yeni baş verərkən Bakıda yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda dalbadal ölüm halları olduğu iddia edildi. Sosial şəbəkədə yazılırdı ki, bəs Azərbaycanda koronavirusdan ölənlər var, amma gizlədirlər. Bir müddət sonra rəsmi olaraq bu virusa yoluxanların və ölənlərin olduğu bildiriləndə isə sosial şəbəkələrdə koronaya aidiyyatı olmayan ölülərin ailə üzvlərinə pul verilərək korona ölümlərinin sayının çox göstərildiyi yazıldı. Sual yaranır. Cəmiyyətdə koronavirusa inamsızlığın səbəbləri nədir? Və cəmiyyəti buna inandırmaq üçün nə etmək lazımdır?

-Bunu hər kəs bilməlidir ki, hətta dünyanın yüksək inkişaf etmiş ölkələrində də COVID-19-un ilk yayılma günləri ilə bağlı müəyyən şübhələr var. Bu barədə artıq Fransa elmi araşdırma edib öz ölkəsində dekabrda ola bilməsi haqqda tədqiqatı elmi ədəbiyyatda dərc edib. Bu eyni ilə başqa ölkələrə də aiddir. Mənim üçün isə Azərbaycanda bu virusun dəqiq nə zamandan başlaması məlum deyil. Bu barədə yazılarım və çıxışlarım da var ki, bu suala cavabı necə tapa bilmək olar. O ki, qaldı koronavirusa inamsızlığın səbəblərinə onu deyə bilərəm ki, onların sayı elmi və milli mentalitetə uyğun olaraq bir neçə dənədir. Elmi olaraq onlardan biri yuxarıda qeyd etdiyim faktlar da nəzərə alınaraq həkimlərin millətlə tam açıq şəkildə danışmaması və təbii ki, bir də ümumi xalqın maarifləndirmə işlərinə ciddi şəkildə laqeyd yanaşmasıdır. Çağırışın dili ilə bağlı isə qısaca onu deyə bilərəm ki, bu bütün dünya ölkələrində eyni olubdur və Azərbaycanda da kifayət qədər ciddi çağırışlar oldu, əgər kimsə Azərbaycanda düzgün olmuyub deyirsə onda Avropaya və eləcə də Amerikaya baxa bilərdi, sadəcə millət çağırışlara məhəl qoymadı. Bunun səbəbləri araşdırılmalıdır.

Son olaraq mən də öz növbəmdə çağırış edib bildirim ki, əgər deyilənlərə əməl olunmazsa ilk növbədə insanlar bu ilki yay tətillərini unutmalıdırlar. Bundan daha da pisi isə payız aylarında gözlənilən ikinci dalğa ilə bərabər insanlarda olan psixoloji narahatlıqlarla bərabər gələcək sunamiyə səbəb olacaqlar.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »