Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayənişini öldürüb, cəsədini yandırdılar

Rusiyanın Saxalin vilayəti üzrə İstintaq Komitəsi tərəfindən həmyerlisinin qətlində ittiham olunan Azərbaycan vətəndaşının və onunla qeyri-rəsmi yaşayan Saxalin şəhər sakininin cinayət işi üzrə istintaq materialları məhkəməyə göndərilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, sözügedən cinayəti törətməkdə təqsirli bilinən 43 yaşlı azərbaycanlı və 37 yaşlı qadın hakim önünə çıxarılıblar. Hər iki şəxs Rusiya Federasiyasının 111-ci maddəsinin 4-cü bəndinə əsasən (qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) təqsirli biliniblər.

İki il öncə - 30 mart 2018-ci ildə Saxlin vilayətinin Aleksandrovsk şəhərindəki mənzillərdən birində baş vermiş yanğından sonra 55 yaşlı azərbaycanlının cəsədi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə baş nahiyyəsindən aldığı xəsarətlər səbəb olub.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmiş müttəhimlər kürsüsündə əyləşənlərlə birgə həmin mənzildə kirayədə yaşayıb. Kirayə pulunu bərabər ödəyiblər. Lakin mərhum son bir neçə ayda payına düşən kirayə haqqını verə bilməyib. Bu səbəbdən də tərəflər arasında narazılıq yaranıb. Martın 29-da gecə saatlarında sərxoş vəziyyətdə olan qadın azərbaycanlının baş nahiyəsinə zərbələr endirib. Mənzildə onlarla birlikdə yaşayan digər kirayənişin də qadına qoşulub. Ertəsi gün otaq yoldaşlarının öldüyünü görüblər. Cinayəti gizlətmək məqsədilə cəsədi yandırıblar və hadisə yerini tərk ediblər.

Məhkəmənin hökmünə əsasən, onlardan biri 11 il, digəri isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.(Virtualaz.org)

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »