Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polkovnik Bəşər Əsədin kortejinə atəş açan Rusiya hərbçilərini döyüb

Rusiyanın Vladiqafaz qarnizon hərbi məhkəməsi 19-cu əlahiddə motoatacı briqadasının komandir müavini, polkovnik Yegveni Teleşovu tabeçiliyindəki hərbi qulluqçuları döydüyünə görə 350 min rubl cərimələyib. Bildirilir ki, hərbçilər ötən ilin yayında Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığındakı komanda məntəqəsində Bəşər Əsədin mühafizəçilərinin avtomobilinə atəş açıblar. Polkovnik isə bu insidentin ondan gizlədilməsinə görə qəzəblənərək tabeçiliyindəki hərbçiləri döyüb.

“Kommersant”ın yazdığına görə Teleşov həmin vaxt Suriyada ezamiyyətdə idi və Eş-Şol istiqamətində operativ qrupun rəisi vəzifəsini icra edirdi. O, məhkəmədə deyib ki, 2019-cu ilin may-iyul ayları ərzində məsul olduğu sahədə vəziyyət gərgin idi, komanda məntəqəsinə yaraqlılar tez-tez hücum edirdi. Teleşov Rusiya qoşunlaının qruplaşmasının komandanı, general Andrey Serdyukovdan öyrənib ki, onun tabeçiliyindəkilərdən biri döyüş postunda olarkən Suriya prezidentinin mühafizə xidmətinin avtomobilinə atəş açıb. Güllə avtomobilin şüşəsini deşib, amma zərərçəkən olmayıb.

İyulun 23-də polkovnik öz kabinetində tabeçiliyində olan iki hərbçini bu insidenti ondan gizlətdikləri üçün döyüb. Hər iki hərbçinin beyin sarsıntısı baş verib. Hərbi məhkəmə isə polkovnikin xidmətlərini və döydüyü hərbçilərin hər birinə mənəvi kompensasiya kimi 70 min rubl verdiyini nəzərə alaraq onu cərimə ilə cəzalandırıb.(Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »