Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan holdinqi Moskvada 1.5 milyarda yarımçıq bina alır

Rusiyada “İnteko” developer şirkətinin keçmiş aktivini-Moskvanın mərkəzində yerləşən və tikintisi yarımçıq qalmış “Bernikov” biznes-mərkəzini Azərbaycan holdinqi alır.

Virtualaz.org “Vedemosti”-yə istinadən xəbər verir ki, binanın yeni sahibi tezliklə Azərbaycanın “Karat Holding” şirkətlər qrupunun strukturlarından biri olacaq. Binanın yeni sahibi onun profilini dəyişərək otel və apartamentə çevirmək fikrindədir.

Məlumata görə “Karat Holding”-in strukturu artıq “Bernikov” biznes-mərkəzinin satışına dair hərracı udub. Aktiv 1.47 milyard rubla əldə edilib. Rəyi soruşulan ekspertlər bu rəqəmi bazar qiymətinə yaxın hesab ediblər.

Bina Nikolayamsk küçəsi, 11 ünvanında yerləşir. Əvvəllər “İnteko” developer şirkətinə məxsus olub, daha sonra biznesmen Mixail Şişxanovun “Binbank” adlı bankının borclarının tənzimlənməsi çərçivəsində Mərkəzi Banka verilib. Və binanı Mərkəzi Bank hərraca çıxarıb.

Onun sahəsi 17 min kvadratmetrdir. Binanı 200-250 nömrəlik otelə çevirmək mümkündür.

Məqalədə deyilir ki, “Karat Holdinq” son illər Rusiyada otel biznesinə fəal yatırımlar qoyur. Belə ki, holdinqin strukturları Yessentukidə “İstoçnik” və “Voronej” sanatoriyalarının sahibidir.

"Karat Holding" Milli Məclisin keçmiş deputatı Əsabil Qasımovun ailə biznesinə aiddir, holdinqi onun oğlu idarə edir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »