Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Google” 5 milyard dollar cərimə oluna bilər

“Google” istifadəçi məlumatlarının qanunsuz toplanmasına görə 5 milyard dollar cərimə oluna bilər. “APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, “Google”un da daxil olduğu “Alphabet Holding”ə kollektiv iddia Kaliforniya Federal Məhkəməsinə göndərilib. Şirkət hər bir istifadəçiyə görə təxminən 5 min dollar cərimə oluna bilər.

Məlumatların qanunsuz toplanması statistika xidməti, reklam meneceri və smartfonlarda quraşdırılan digər tətbiqlər vasitəsilə həyata keçirilib.

Şəxsi məlumatlara marağın səbəbi puldur. Korporasiyanın gəlirlərinin böyük hissəsi reklamdan əldə olunur. Belə ki, son bir ildə şirkətin qazandığı 165 mlrd. dollardan 135 mlrd. dollarını reklam istiqaməti gətirib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »