Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 6,5 milyonu keçib, 386 mindən çox insan COVID-19 qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən ABŞ-ın Cons Hopkins Universitetinin məlumatında deyilir.

Universitetdən verilən məlumata görə, cümə axşamı səhər dünyada koronavirusa yoluxma hallarının sayı 6 511 696-ya çatıb, azı 386 073 koronavirus xəstəsi ölüb.

Ən çox yoluxma hadisəsi (1 851 520) və ölüm faktı (107 mindən çox) ABŞ-da qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »