Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçay sakini özünü körpüdən çaya atıb

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Göyçay şəhərində yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu zünü körpüdən çaya atıb. Onun ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »