Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nağd pul öldürür: Çirkli pullar yuyulmalıdır

Karantin qadağalarının yumşaldılmasından sonra havalarının istilənməsinə rəğmən koronavirusun ölkəmiz ərazisində həmişəkindən sürətlə yayılması həftə sonları evdən çıxma yasaqları ilə çərçivəyə salınmağa çalışılır. Mütəxəssislər virusun yayılma sürətinin artımında əhalinin laqeydliyinin rol oynadığını desələr də, əslində evdən çıxmayanlar üçün belə, hər gün evə girən bir təhlükə qalmaqdadır. Bu, nağd puldur. Virus nağd pul vasitəsilə rahatlıqla yayıla bilir.

Əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulları əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcına çevrilib. Maraqlısı budur ki, marketlərin önündəki, içindəki ATM-lərdən pulu nağd şəkildə çıxarıb marketdə alış veriş edirlər əksər halda. Halbuki bütün böyük marketlərdə pos-terminallar vasitəsilə ödəniş etməklə alver edə bilərlər. Ama yenə "əlim pula dəysin" fikri ilə saatlarla növbədə qalıb əsəb və vaxt itkisi üstün tuturuq. Nağd pul dövriyyəsi təkcə koronavirusun yox, digər xəstəliklərin də daşıyıcısı ola bilir. Şəxşən mən bir müddət öncə əsasən kredit ödənişlər edəndə əsasən nağdsız əməliyatlara üstünlük verirdim, sonra gördüm ki bu zaman itirirəm.Beləki banklar kamisionnu, faiz adıyla əlavə pul tuturlar.Bəzi əməliyatlara miqdarından aslı olmayaraq 1 man tuturlar ki, buda az məbləğlərdə sərf etmir.Ədv nin müyəyən hissəsinin geri qaytarılması tətbiq edilsədə, hələ ki bundan qazanan yoxdur.

Bizimyol.info-nun məlumatına görə, Azərbaycanda xüsusilə də kasıb əhalinin banklarda hesabları yoxdur. 2017 Global Findex hesabatında göstərilir ki, böyüklər arasında azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin isə 61 faizinin bank hesablarına çıxışı vardır. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faiz təşkil edir.

Kartla işləmə prosedurunu bir çoxu doğru düzgün bilmir. Satıcıların bir çoxu mağazada təmassiz kartı müştərinin əlindən alıb, özü post terminala yaxınlaşdırır. Müştəridə hələ yeni post terminala keçmədiyini zənn edib kartı verir, az sonra məlum olur ki, sadəcə yaxınlaşdırmaq lazim imiş.

İqtisadçıların rəylərinə görə, hazırda bazarda bəzi şirkətlərin bütün rəqiblərini vurub sıradan çıxarması öz pis nəticəsini göstərəcək.

Bazarda bazar qanunları işləməlidir, dempinglə (bravo pensiyaçı kartı), işçilərə sosial şəraitdə analoqsuz şərait yaratmaqla bazardakı rəqibləri çıxarmağın nəticəsi yaxın gələcəkdə özünü çox pis göstərəcək. Monopoliya qiymət siyasətini öz üzərinə götürəndə yeni bazar iştirakçıları yaratmaq mümkünsüzə yaxın olacaq.

Kəndli öz məhsulunu yalnız monopsoniyaya satmalı olacaq, monopoliyada istehlakçı qiymətlərini müəyyən edəcək.

İqtisadçı alim Qubad İbadoğlunun fikrinə görə, yaranmış vəziyyətdə Azərbaycan bank sisteminin zəif işləməsi də öz mənfi rolunu oynayır. İqtisadçı bununla əlaqədar olaraq çıxış yolu da göstərib.

“Dünyada nəinki nagdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir. Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasına bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Çünki, Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədadır. Odur ki, on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar.

Hazırkı durumu nəzərə alaraq tövsiyyə edərdim ki:

1) Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın.

2) İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi salofan paketlərdə və ya portmanatlarda saxlasın.

3) İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla post terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »