Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyaya səfər edən əcnəbilər 14 günlük özünütəcrid sisteminə məcbur ediləcək

8 iyundan etibarən Böyük Britaniyaya daxil olan şəxslər 14 gün ərzində özlərini təcrid etməli olacaqlar.

Bu barədə Daxili İşlər naziri Priti Patel Aşağı Palatadakı çıxışında bildirib.

O, 8 iyundan etibarən Britaniyaya daxil olan vətəndaşların ölkəyə daxil olduqdan sonra 14 gün ərzində özlərini təcrid etməli olduqlarını, əks təqdirdə 1000 funt-sterlinq cərimələnəcəklərini deyib.

İyunun 8-də başlayacaq yeni sistemə görə, xarici ölkələrdən gələnlər sərhəddə onlayn forma dolduraraq göstərdikləri adresdə 14 gün ərzində özlərini təcrid etməli olacaqlar. Aparılan təsadüfi yoxlanışlar zamanı özünü təcrid etmədiyi müəyyən olunan şəxslər 1000 funt-sterlinq məbləğində cəza alacaqlar. Bəzi hallarda isə xarici vətəndaşlar ölkədən çıxarıla bilər.

P.Patel hökumətin əsas prioritetinin insanların sağlamlığı olduğunu bildirib. Üç həftə davam edəcək yeni sistemlə bağlı qərar üç həftə sonra, 29 iyunda yenidən gözdən keçiriləcək.

Qeyd edək ki, bəzi parlament üzvləri və turizm şirkətləri turizm və aviasiya sahələrinə daha da zərər verəcəyini bildirərək yeni özünütəcrid sisteminə qarşı çıxıblar. (Apa.az)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »