Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
190 manat məsələsinə yenidən baxılacaq

190 manatlıq birdəfəlik ödəmənin iyun ayında verilməsi müzakirəyə çıxarıla bilər.

Bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:

İbrahim Məmmədov İbrahim Məmmədov

“Ümid edirdik ki, əhali karantin rejiminin özünüqoruma tələblərinə əməl edəcək. 190 manatın aztəminatlı şəxslərə verilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdu. İyun ayı üçün bu, nəzərdə tutulmurdu. İndi də adamların iş rejimi tam bərpa olunub, insanlar işləməyə başlayıb. Ancaq yenidən bəzi məhdudiyyətlər olduğuna görə, ola bilər ki, bu məsələ təkrar aktuallaşsın və müzakirə olunsun. Növbəti dəfə ətraflı məlumat verə bilərik”. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »