Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın hava məkanı Çin təyyarələri üçün bağlana bilər

ABŞ hökuməti Çin hava yolu şirkətləri tərəfindən ölkəyə sərnişin daşımalarını dayandırmaq niyyətindədir.

“Report” xəbər verir ki, ilkin olaraq iyun ayının 16-dan qüvvəyə minməsi gözlənilən məhdudiyyətin “Air China”, “China Eastern Airlines”, “China Southern Airlines”, “Hainan Airlines” kimi iri şirkətlərə şamil olunacağı bildirilir. Bununla yanaşı, çarter uçuşları da dayandırılacaq.

ABŞ-ın Nəqliyyat Departamentinin təsdiqlədiyi bu məlumata dair Ağ Evdən şərh verilməyib.

Belə bir addımın Çin hökumətinə təzyiq göstərərək ABŞ hava yolu şirkətlərinə bu ölkəyə uçuşlar həyata keçirməyə icazə verməsi üçün atıldığı qeyd edilir. May ayının 22-də ABŞ-ın Nəqliyyat Departamenti Çin hökumətini bununla bağlı ittiham etmişdi.

ABŞ hökuməti koronavirusa qarşı görülən tədbirlər çərçivəsində yanvar ayının sonundan Çində olmuş əcnəbilərin ölkəyə girişinə dair məhdudiyyət tətbiq etmişdi. Bu qayda yalnız ABŞ vətəndaşlarının ailə üzvlərinə, həmçinin ABŞ-da daimi yaşamaq icazəsi olanlara şamil edilməyib. Çindən təyyarə uçuşlarının dayandırılması isə bildirilməmişdi.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »