Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya qapıları açır: hələlik yalnız avropalılar üçün

Avropa Komissiyası iyunun 15-nə qədər qitə ölkələrinin sərhədləri açmasının tərəfdarıdır. Avropa ölkələri də fərqli düşünmür.

Bizimyol.info xəbər verir ki, İtaliya qapıları avropalıların üzünə açmaq qərarına gəlib. Avropa İttifaqının üzvü olan ölkələrin vətəndaşları İtaliyaya səyahət planları qura bilərlər. Onları heç bir karantin gözləmir. Bir şərtlə ki, səyahətə gələnlər son 14 günü bu 26 dövlətdən kənarda keçirməyiblər. Bundan başqa, İtaliya onların vətənə qayıdanda karantinə alınıb-alınmamasına qarışmır.

Rusiya saytları yazır ki, ölkədəki turizm agentlikləri İtaliyaya səyahət paketləri satmağa hazırlaşır. İtaliya hələ ki bizim qonşu dövlət üçün yaşıl işıq yandırmayıb. Amma yaxın günlərdə rusların da istəyinə çatacağı gözlənilir.

İtaliyada koronavirusla bağlı vəziyyət getdikcə yaxşılaşır. Bir vaxtlar sutkalıq yoluxmaya görə dünyada liderlərdən olan Avropa dövləti indi bəzən bu kateqoriya üzrə Azərbaycandan da geri qalır.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »