Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucuz neftə görə Rusiyanın itkiləri artır

Rusiyanın Səudiyyə Ərəbistanı ilə neft danışıqlarında bir nüans xüsusi diqqət çəkirdi.

Ruslar neftin bir barelinin 42 dollardan ucuz satılmasının heç cür sərfəli olmamasını qeyd edirdilər. Bu təbii sərvətin dəyəri isə üç aydır həmin psixoloji həddi keçə bilmir.

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

Bizimyol.info xəbər verir ki, ucuz neftə görə Rusiyanın itkiləri artır. İyunda federal büdcəyə gözlənilən 145.5 milyard rubl (təxminən 2 milyard dollar) daxil olmayacaq. Bu haqda Rusiya Maliyyə Nazirliyinin saytında yazılıb. İtkilər maya nisbətən daha çox olacaq. Keçən ay neft-qaz gəlirlərindəki azalma 58.2 milyard rubl olmuşdu. Bununla da xarici valyuta satışının həcmi artacaq. Hər gün 10.2 milyard rublluq valyuta satılacaq.

Büdcə qaydalarına görə, Rusiya neftinin dəyəri 42.4 dollar həddini aşarsa, əlavə gəlir Milli Rifah Fonduna yönəldilir. Gəlir daha az olanda isə xarici valyuta satışından əldə olunan vəsait sayəsində büdcə kəsri qapadılır.

“Brent” markalı neftin bir barelinin qiymtəi son üç ayda ilk dəfə 40 dollar həddini keçib. Amma Rusiya büdcəsinin iyun gəlirləri daha çox aprel və may fyuçerslərinin dəyərindən asılıdır. Həmin aylarda isə son 20-21 ilin minimum qiymətləri qeydə alınırdı.

Son xəbərlər
Bütün xəbərlər »