Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargah: Həftə sonu məhdud sayda vətəndaşlarımıza SMS-lə çıxmağa icazə veriləcək

“Metodiki tələblərə riayət edilmədiyi üçün yoluxma intensivliyi artır".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, beynəlxalq təcrübəyə əsaslanaraq, həftə sonu küçəyə çıxmağın qadağan olunması təklif olunub. Təklifin detalları barədə sabah Baş Nazir məlumat verəcək: "Ondan sonra təkrar brifinq keçirilərək suallara cavab verilə bilər. Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub. Vətəndaşlarımız nəzərə almalıdır ki, növbətçi apteklər istisna ilə, ərzaq malları satışı da daxil olmaqla, bütün ticarət mərkəzləri bağlı olacaq. Vətəndaşlar təlaşa düşməməlidir. Mağazalara müraciət edirik ki, iş saatlarını uzatsınlar. İnsanlar zəruri ehtiyaclarını ödəsinlər. Şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin çalışması nəzərdə tutulur. Təcili tibbi yardım, qəza xidməti həmin günlərdə çalışacaq. İşləməsi zəruri olan sahələrlə bağlı sabah qərar qəbul edilərkən məlumat veriləcək. Məhdud sayda vətəndaşlarımıza SMS-lə çıxmağa icazə veriləcək. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində xəstəxanalara müracət üçün çıxmasına icazə veriləcək”.

Dövlət müəssisələrində Cümə günləri iş saatının azaldılması da təklif olunub. Cümə axşamı və cümə günləri nəzərə alınmalıdır ki, bütün ticarət mərkəzləri, hətta marketlərin də tam qapanması nəzərdə tutulur. Növbətçi apteklərin olması müzakirə olunur.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
››› Türk hərbçiləri Ağdamda...
Son xəbərlər
Bütün xəbərlər »