Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

“Bu gün ölkədə 2519 aktiv koronavirus xəstəsi var”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Ramin Bayramlı Ramin Bayramlı

O bildirib ki, bu gün Sumqayıt şəhərindəki 1 saylı xəstəxana da artıq koronavirusa yoluxmuş xəstələr üçün ayrılıb: “Hər bir xəstəxananın cari xidmətdən ayrılaraq pandemiya xəstəxanasına çevrilməsi cari digər tibbi xidmət sahələrinə mənfi təsir göstərə bilər. Düzdür, indiyə qədər heç bir tibbi xidmət sahəsində gecikməyə yol verilməyib. Xəstəxanaların həm rəhbərləri, həm də həkimlər növbəli əsasda 24 saat işləyiblər. Həkimlər bu gün də fədakarlıqla çalışmaqdadırlar. Bir xəstənin 10-12 nəfərlik tibbi personala ehtiyacı var”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, aparılan statistik təhlillər Operativ Qərargaha müraciət edilməsinə səbəb olub: “Bu müraciət bu gün Operativ Qərargahın iclasında hökumət üzvləri ilə müzakirə edilib”. (Apa.az)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »