Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da etirazlar: Böyük şəhərlərə ordu yeridilir, etirazçılar bankları soyur - Video

ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra başlayan etirazlar hər gün daha da artır.

Okeanın o tayında çəkilən videolar ciddi narahatlığa əsas verir.

Bizimyol.info xəbər verir ki, etirazçılar özünü heç də adekvat aparmır. Ticarət mərkəzləri, mağazalar soyulur, avtomobillər yandırılır. Hökumət dünəndən paytaxt Vaşinqtonda küçəyə çıxmaq qadağası tətbiq edib. Dünən burada 300 nümayişçi saxlanılıb.

Böyük şəhərlərə ordu yeridilir. Bu gün sosial şəbəkələrdə Los-Ancelesdə amerikalı əsgərlərin küçələrdə etirazçı “ov”una aid videolar paylaşmağa başlayıblar. Buna baxmayaraq, vəziyyətin yaxın günlərdə düzələcəyinə inanmaq olmur. Etirazçılar bankları soymağa başlayıb. Onlar axşam saatların bankomatları partladır, pulları ələ keçirməyə çalışır.

Avropada da Corc Floyd hadisəsinə görə etirazlar başlayıb. Fransada, Yunanıstanda ABŞ bayraqları yandırılıb.

Son xəbərlər
Bütün xəbərlər »