Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyanın istefası tələb olunur

“Ölkədə fəlakət baş verdiyindən, vəziyyət gündən-günə ağırlaşdığından Paşinyan (Ermənistanın baş naziri Nikol Paşinyan nəzərdə tutur - red.) istefa verməlidir”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

“Kimsə nəsə danışsa, onda həmin an o adamın kiminsə sifarişini yerinə yetirdiyini deməyə başlayırlar. Hakimiyyət dövlət büdcəsinə 43 milyard qaytarıldığını deyir. Bu məbləğ mən vəzifədə olarkən qaytarılıb. İstefa verdikdən sonra büdcəyə heç nə qaytarılmayıb. Məni işdən azad etməyiblər, istefa vermişəm”.

O, ölkədəki vəziyyətin gündən-günə ağırlaşdığını vurğulayaraq Nikol Paşinyanın istefasını tələb edib.

Qeyd edək ki, Nikol Paşinyanın istefası bu səviyyədə ilk dəfədir tələb olunur.

Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.

Son xəbərlər
Bütün xəbərlər »