Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"

Tanınmış bloger Mehman Hüseynov xərçəng xəstəliyi ilə mübarizə aparır. O, indi İsveçrədə müalicə prosesi keçir.

Bizimyol.info xəbər verir ki, Mehman Hüseynov “Facebook” profilində xərçəngə yoluxmasından danışıb. Onun yazdığına görə, ilk dəfə Bakıda həkimə ayağında damarlar qabarmağa başlayanda müraciət edib. Amma ayrı-ayrı xəstəxanalarda blogerə yaxın duran olmayıb.

Bundan sonra Mehman müayinə üçün Tbilisiyə üz tutub: “Bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxara bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib muayinə olunurdum. Həkimlər deyirdi ki, “narahat olma, ayağındaki damarlar adi varikozdu”. Amma damarlar niyə çıxıb, səbəbi nə olub - onu demirdilər.

Yeni il ərəfəsində döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məcbur qalıb Tiflisdə müayinə olundum. Oradakı həkimlər bildirdilər ki, ayağımdaki damarlar elə-belə əmələ gəlməyib.

Damar gəlir, qarnımın aşağı hissəsində yox olur. Müayinə edib bildirdilər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnirdilər ki, onkoloji ola da bilər, olmaya da. Biopsiya edib, cavablar çıxanda gürcü həkimlər dedilər ki, “biz dəqiqləşdirə bilmirik nə şiş olduğunu”. Məsləhət gördülər ki, Avropada müayinə olunum”.

Mehman Hüseynov məhz şiş aşkarlanandan sonra Bakıya qayıdıb, bələdiyyə seçkilərində iştirak edib. Bundan sonra İsveçrəyə müayinəyə yollanıb. Orada onkoloji şiş olduğu dəqiqləşib və təcili müdaxiləyə ehtiyac yaranıb.

“Nağd məbləğ əlimizdə olmadı. Mənə təklif elədilər ki, gedib İsveçrə hökümətinə muraciət edib, muhacir kimi qalım burda. Məni hər şeylə təmin edəcəklər və üstəlik, bu mualicə, əməliyyat pulsuz başa gələcək. Yalnız muhacir olduğum halda, bu əməliyyat pulsuz oluna bilər. Mən təklifdən imtina etdim. Heç bir mühacirətdən söhbət gedə bilməz. Mənim öz ölkəm var - Azərbaycan, öz xalqım var...”, - Mehman Hüseynov belə yazıb.

Blogerin yazdığına görə, Bakıdakı evini satıb müalicə olunmaq haqqında düşünüb. Amma ölkəyə giriş-çıxış bağlı olduğundan, Azərbaycana qayıda bilmir. Blogerin qardaşı Emin Hüseynov petisiya təşkil etməyi, ianə toplamağı məsləhət görüb. Bunun üçün “Gofundme” layihəsindən istifadə olunub. Dünəndən ianə aksiyasına 1208 nəfər qoşulub. Ümumilikdə 41 min 264 İsveçrə frankı toplanıb. İanə edənlərin arasında Milli Şuranın sədri Cəmil Həsənlinin, keçmiş deputat Gültəkin Hacıbəylinin, bir çox siyasi fəalın adları var. Hədəf 74 min İsveçrə frankı toplamaqdır.

“Həkimlər də təcili radioterapiya elətdirib, əməliyyata aparmaq istəyirlər. Çünki getdikcə vəziyyətim pisləşir. Çıxılmaz vəziyyət olduğundan qardaşım Azərbaycan xalqına muraciət etdi. Yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Deməli, bu xalq üçün, bu ölkə üçün min əziyyətdən keçməyə dəyər. Çox sağolun ki, bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz.Hamınızı sevirəm”,- Mehman Hüseynov məktubunu belə bitirib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »