Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkar kompensasiya tələb edir

Sahibkar ona məxsus torpaq sahəsinin və istixananın dövlət ehtiyacları üçün alındığını, ancaq kompensasiyanın ödənilmədiyini iddia edir.

Bizimyol.info-ya müraciət edən Şəmkir rayon sakini, sahibkar Seyidov Mübariz Məmmədəli oğlu bildirib ki, məhkəmə onun dövlət qurumlarına qarşı qaldırdığı iddiaları təmin etməyib.

Şikayətçi bildirib ki, ona məxsus torpaq sahəsi və istixana “Regionların 2009-2013-cü illərdə Sosil-İqtisadi İnkişaf Proqramı” çərçivəsində Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun dövlət ehtiyacları üçün alınıb: “Bu məqsədilə Şəmkir rayon Dəllər Cəyir kənd ünvanında yerləşən 1.360 hektardan ibarət torpaq sahəsinin 30.7340 sotdan ibarət hissəsinin və üzərində olan istixananın alınması və proqram çərçivəsində vəsaitin köçürülməsi nəzərdə tutulub. İstixananı söküb, 25 sotun kompensasiyasını ödəyiblər. Biz isə kompensasiyanın tam ödənilməsini tələb edirik”.

M.Seyidov ona məxsus torpaq sahəsində fəaliyyət göstərən istixanada 30 nəfər işçi çalışıb: “İşçilər işsiz qalıb, sökülən torpaq sahəsinin komepnsasiyası tam ödənilməyib. Biz kompensasiyanın ödənilməyən torpaq sahəsində işin aparılmamasını tələb etdik. Əraziyə polis gətirdilər. Mən və oğlum 10 sutka həbs edildim”.

Sahibkar deyib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə etdiyi müraciətlərə müsbət cavab verilməyib: “Məhkəməyə müraciət etdim. Məhkəmə də iddiamı təmin etmədi”.

Son xəbərlər
Bütün xəbərlər »