Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan təyyarələrinin Avropa üzərindən uçuşu qadağan edilib

Avropa İttifaqına daxil olan ölkələrin hava məkanına Ermənistana aid təyyarələrin daxil olması qadağan edilib.

Publika.az “Blumberq”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean danışıb.

Onun sözlərinə görə, Ermənistanın aviaşirkətləri beynəlxalq təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərmirlər. Buna görə də Aİ-nin hava məkanına giriş onlar üçün məhdudlaşdırılıb.

Valean bildirib ki, Avropa İttifaqı Aviasiya təhlükəsizliyini artırmaq üçün Ermənistanla əməkdaşlıq etməyə və investisiya qoymağa hazırdır.

Qadağa siyahısına Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxildir.

Qeyd edək ki, Aİ-nin “qara siyahısı”na ilk dəfə 2006-cı ildə, əsasən Afrikadan olan 90-dan çox aviaşirkət salınıb. Qadağa Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Liberiya və Sudan da daxil olmaqla, Afrika xalqlarının sərnişin və yük daşımalarını əhatə edir.

Son xəbərlər
Bütün xəbərlər »